Region Liqasında qrup mərhələsinə yekun vurulub. A qrupunun son oyununda «Record»la «Şirvanovka» üz-üzə gəlib. 4:2 hesablı qalibiyyətə sevinən birincilər liderliyi özü üçün təmin edib. Burada «İnşaatçı» sonuncu yeri tutub.
B qrupunda «Dirçəliş» Bakıda «Xanlıq» üzərində 7:0-lıq qalibiyyət əldə edərək ikinci olub və pley-off mərhələsinə yüksəlib.
«Xudat City» C qrupunda hamını qabaqlayıb. Bəhmən Həsənovun çalışdırdığı kollektiv «Topçular»ı Mucuq kəndindən məğlub yola salıb.
«Ərgünəş» son həftədə meydana çıxmayıb. D qrupunun iştirakçısı olan Füzuli komandası «Marafon»la qarşılaşmaq üçün Sabirabada yollanmayıb.
E qrupunda İmişli derbisi baş tutub. 21 ildən sonra fəaliyyətini bərpa edən «Lokomotiv»in «Araz»la dueli 5:1 bitib.
«Lənkəran» F qrupundan çıxa bilməyib. Yerli kollektivin «Xəzər Lənkəran» mərkəzi stadionunda keçirilən oyunda «Biləsuvar»a müqavimət göstərməyə gücü çatmayıb.
«Ağstafa Gəncləri» qarşısına qoyulan məqsədə çatıb. Adıçəkilən komanda debütant «Tərtər»ə 3 cavabsız qol vurub.
SPORTİNFO.AZ