Azərbaycan məşqçiləri Avropa Gimnastikasının ənənəvi tədbirində

Azərbaycanın "Gimnastika hamı üçün" növü üzrə məşqçiləri Ayna Məmmədova və Alfiya Mantova Estoniyanın paytaxtı Tallin şəhərində təşkil olunan Avropa Gimnastikasının ənənəvi tədbiri – "4th Educational Long Weekend"ə qatılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasından bildirilib.

Təlimlər zamanı müxtəlif Avropa ölkələrindən olan mütəxəssislər "Gimnastika hamı üçün" istiqamətində təcrübə mübadiləsi aparıb, seminar və praktiki məşğələlərdə iştirak ediblər.

İştirakçılara bu sahədə yeni metodlar, inklüziv yanaşmalar, həmçinin kütləvi gimnastikanın inkişafı üçün tətbiq edilə biləcək nümunəvi proqramlar təqdim olunub.

Tədbir çərçivəsində nümayəndələr beynəlxalq əməkdaşlığın gücləndirilməsi, eləcə də gimnastikanın sağlam həyat tərzi və geniş kütlələr arasında populyarlaşdırılması ilə bağlı müzakirələr aparıblar.

Azərbaycan nümayəndə heyəti də həm nəzəri, həm də praktiki sessiyalarda fəal iştirak edərək təcrübələrini bölüşüb.

15 ölkədən 33 iştirakçı yer aldığı tədbirdə Avropa Gimnastikasının Texniki Komitəsinin üzvü, Avropadakı milli nümayəndə Ruslan Eyvazov da iştirak edib.

Digər xəbərlər

Azərbaycan millisinə dəvət almayan hücumçu Bundesliqada oynamaq niyyətindədir
Futbol

Azərbaycan millisinə dəvət almayan hücumçu Bundesliqada oynamaq niyyətindədir

Berdiyevdən gülməli hərəkət - Futbolçuları avtobusdan düşürdü, acıqlandı, sonra…
Futbol

Berdiyevdən gülməli hərəkət - Futbolçuları avtobusdan düşürdü, acıqlandı, sonra…

“Millidə nəsə çatışmır, özüm də anlamıram, bəlkə intizam, bəlkə özünəinam, bilmirəm”
Futbol

“Millidə nəsə çatışmır, özüm də anlamıram, bəlkə intizam, bəlkə özünəinam, bilmirəm”

Yerli media bahalı hücumçunu tənqid etdi: “Qorxaq görünürdü”
Futbol

Yerli media bahalı hücumçunu tənqid etdi: “Qorxaq görünürdü”

Meydanda sözləri çəp gəldi, oteldə dalaşdılar - İnsident necə bitdi?
Futbol

Meydanda sözləri çəp gəldi, oteldə dalaşdılar - İnsident necə bitdi?

"Qarabağ"ın tələbələri futbol oynayır - Xankəndidən nadir VİDEO görüntülər
Futbol

"Qarabağ"ın tələbələri futbol oynayır - Xankəndidən nadir VİDEO görüntülər

Azərbaycan futbolunda daha bir vəzifəli şəxs vəzifəsi ilə vidalaşır - SON DƏQİQƏ
Futbol

Azərbaycan futbolunda daha bir vəzifəli şəxs vəzifəsi ilə vidalaşır - SON DƏQİQƏ

Məşhur futbolçu Messinin klubuna yollanacaq?
Futbol

Məşhur futbolçu Messinin klubuna yollanacaq?

100 milyon avroluq vinger hədəfdədir – Premyer Liqanın 2 klubunun
Futbol

100 milyon avroluq vinger hədəfdədir – Premyer Liqanın 2 klubunun

Azərbaycan klubunun əcnəbisindən maraqlı rəqs - VİDEO
Futbol

Azərbaycan klubunun əcnəbisindən maraqlı rəqs - VİDEO