"Onun bəxti gətirmədi, çox üzgünəm" Edit

 Liqasının Liqa mərhələsinin 3-cü turunda səfərdə "Fənərbağça" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandasının braziliyalı vingeri Antoninin İstanbuldakı matçda zədələnməsinə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, "Sky Sports" onun sözlərini belə çatdırıb:

"Onun bəxti gətirmədi. Çox üzgünəm, çünki Antoni çox səylə hazırlaşırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyinə görə meydana çıxmağı haqq edirdi. Meydana çıxandan az sonra zədələnməsi üzücü haldır. Ümid edirəm ki, hər şey o qədər də pis deyil". 

Qeyd edək ki, Antoni qarşılaşmanın 73-cü dəqiqəsində Markuş Raşfordu əvəzləsə də, xəsarət alaraq meydanı tərk etmək məcburiyyətində qalıb.

Digər xəbərlər

Sabiq "Real"lı forvardın yeni klubu bilindi Edit
Dünya Futbolu

Sabiq "Real"lı forvardın yeni klubu bilindi Edit

"İndi Noyer Noyer deyil" - Lotar Matteus Edit
Dünya Futbolu

"İndi Noyer Noyer deyil" - Lotar Matteus Edit

Son transfer xəbərləri: Rodrygo Real Madrid-dən ayrılır, Eze isə Tottenham-ı rədd edib Arsenal-ı seçir.
Dünya Futbolu

Son transfer xəbərləri: Rodrygo Real Madrid-dən ayrılır, Eze isə Tottenham-ı rədd edib Arsenal-ı seçir.